Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Vətən müharibəsi şəhidi Məmmədli Tural Aqil oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib

04 noyabr 2022 | 10:48

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsi şəhidi Məmmədli Tural Aqil oğlunun rayonun Bəyimsarov kəndində yaşayan ailəsini ziyarət edib, onlara başsağlığı verib, qayğıları ilə maraqlanıb.         

Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin ruhuna  dualar oxuyub.

Məmədəli Tural Aqil oğlu 1998-ci il martin 22-də Tərtər rayonnunun Bəyimsarov kəndində doğulub, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu kimi  Vətən müharibəsində iştirak edib, oktyabrın 9-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.

Onun nəşi neytral zonada olduğu üçün çətinliklə tapılıb və noyabr ayının 4-də doğulduğu Bəyimsarov kəndində dəfn olunub.

Şəhid Məmmədli Tural Aqil oğlu ölümündən sonra Aəzrbaycan Respublikasl Prezidentinin müvafiq sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda”  medalları ilə təltif olunub.

Tural Məmmədlinin boya-başa çatdığı kənddə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunmuş şəhidlər bulağında onun adı da mərmər löhvəyə həkk olunub.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.

Turalın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah bütün şəhidlərmizə rəhmət eləsin!

Keçidlər