İcra başçısı Vətən Müharibəsi şəhidi Hüseynov Eşqin Cəsarət oğlunun ikinci ildönümü münasibəti ilə ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Hüsənli kəndindən olan Vətən Müharibəsi şəhidi Hüseynov Eşqin Cəsarət oğlunun ikinci ildönümü münasibəti ilə ailəsinə baş çəkib, onlara başsağlığı verib.
Hüseynov Eşqin Cəsarət oğlu 20 yanvar 1998-ci ildə rayonun Hüsənli kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsində rayonun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə 29 sentybar 2020-ci il tarixdə 22 yaşında şəhid olub və doğulduğu Hüsənli kəndində dəfn olunub.
Eşqin Hüseynov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, "İgidliyə görə" medalları ilə təltif olunub.
“Şəhidlər unudulmur, şəhidlər ölmür! Eşqinin əziz xatirəsi onu tanıyanların, döyüş yoldaşlarının, bütün tərtərlilərin qəlbində yaşayır və yaşayacaq”. Bu sözləri rayon rəhbəri şəhidin ailə üzvləri ilə görüşündə deyib, ailənin qayğıları ilə maraqlanıb, onlara səbr diləyib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.