Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Vətən Müharibəsi şəhidi Hacıyev Rüstəm Firqani oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib

30 sentyabr 2022 | 11:37

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 27 sentyabr-Anım günündən başlayaraq mütəmadi olaraq Vətən müharibəsi şəhidlərinin ailəsində olur, onların dərdlərinə şərik olaraq  başsağlığı verir, qayğıları ilə maraqlanır.

Rayon rəhbəri 30 sentyabr 2020-ci il tarixdə şəhid olmuş Hacıyev Rüstəm Firqanı oğlunun ailəsinə də baş çəkib.

Rayon rəhbəri 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəyə görə şəhidlərə borclu olduğumuzu, onlarla daim qürur duyduğumuzu vurğulayıb.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Rüstəm Hacıyev  Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn olunub. O, ölümündən sonra Azərbaycan        Respublikası Prezidentinin Sərəncamı ilə “Kəlbəcərin azad edilməsinə görə”, “Hərbi Xidmətə görə”və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərmizə rəhmət eləsin!

Keçidlər