İcra başçısı Vətən Müharibəsi şəhidi Əzizov Ayşad Qaryağdı oğlunun ikinci ildönümü münasibəti ilə ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Əzizov Ayşad Qaryağdı oğlunun ikinci il dönümü münasibəti ilə şəhidin ailəsində olub, onun yaxınlarına baş sağlığı verib.
Ayşad Əzizov 05 sentyabr 1990-ci ildə Tərtər rayonun Əskipara kəndində anadan olub. O, 29 sentyabr 2020-ci il tarixdə, 30 yaşında Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ayşad Əzizov ölümündən sora “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə tərtif olunub.
Şəhidin ailə üzvləri Ayşad haqqında xatirələrini danışıb. Rayon rəhbəri Ayşad Əzizovun şərəfli döyüş yolunun gənclərimizə örnək olduğunu bildirib. Ailənin qayğıları ilə maraqlanıb.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.