Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Vətən müharibəsi şəhidi Abbasov Elvin Şamil oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib

11 noyabr 2022 | 13:07

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri Eldar Əsədov və Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərovla birlikdə rayonun Umudlu kəndindən olan Vətən müharibəsi şəhidi Abbasov Elvin Şamil oğlunun ikinci ildönümü ilə əlaqədar Bərdə şəhərində yaşayan  ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, Elvin Abbasov 1992-ci il may ayının 6-da Tərtər rayonunun Umudlu kəndində anadan olub.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Elvin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və “Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Elvin Abbasov və onun kimi igid Vətən oğullarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanmım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

 Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı  versin!

Keçidlər