İcra başçısı Vətən Müharibəsi əlili Salmanlı İlqarı ziyarət edib
Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Milli Məclisin Deputatı Anar Məmmədov və Hüquq mühafizə orqanlarının rəhbərlərilə birlikdə Bala Kəngərli kəndində Vətən Müharibəsinin 2-ci qrup əlili Salmanlı İlqar İlham oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, Salmanlı İlqar İlham oğlu Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İlqar Salmanlı “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. Döyüşlərdə aldığı xəsarətlərə görə ona ikinci dərəcəli əlillik təyin edilib.
Vətən müharibəsi əlili şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.






