İcra başçısı Tərtərdən olan yaralı hərbçiləri evlərində ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə sentyabrın 19-da lokal antiterror əməliyyatları zamanı yaralanan tərtərli hərbi qulluqçular şəhərin Nizami küçəsinin sakini Məmmədli Sadiq Saday oğlunu, Cəmilli kənd sakini Məmmədli Səfiyar Sərdar oğlunu və Qaynaq kənd sakini Həşimov Şirin Şiraslan oğlunu evlərində ziyarət edib, onların səhhəti və qayğıları ilə maraqlanıb, yaralılarımıza Allahdan şəfa diləyib.
İcra başçısı bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 43 dəqiqəyə erməni terrorçularını ağ bayraq qaldırmağa məcbur etdi. Ordumuz lokal xarakterli antiterror əməliyyatları ilə bağlı qarşılarında duran bütün vəzifələri cəmi bir gün ərzində yerinə yetirdilər. Azərbaycan əsgəri daha bir şanlı tarix yazaraq Qarabağda suverenliyimizi tam bərpa etdi.
Hərbçilər onların müalicəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.