Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı “Tərtər Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində göstərilən tibbi xidmətin səviyyəsi ilə tanış olub

14 aprel 2026 | 15:26

 Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon mərkəzi xəstəxanası Publik Hüquqi Şəxsində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi ilə tanış olub. Tibb müəssisəsində yaradılmış şərait, müasir avadanlıqlarla təchizat və xəstələrə göstərilən xidmətin keyfiyyəti yerində araşdırılıb.

Səfər zamanı xəstəxanada müayinə və müalicə olunan sakinlərlə görüşən rayon rəhbəri onların səhhəti ilə maraqlanıb, göstərilən tibbi xidmətlə bağlı fikirlərini dinləyib. Bildirilib ki, əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin artırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Həkim kollektivi ilə keçirilən görüşdə rayon rəhbəri tibb işçilərinə bəzi iradlarını da bildirərək, onlara öz işlərində məsuliyyətli və diqqətli olmalarını tövsiyə edib və mövcud problemlərin operativ həlli ilə bağlı müvafiq tapşırıqlar verib.

Rayon rəhbəri qeyd edib ki, səhiyyə sahəsinin inkişafı, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması daim diqqət mərkəzində saxlanılacaq.

 

Keçidlər