Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Tərtər Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktor müavini-baş həkim Bəkir Nağıyevi 70 illik yubileyi münasibətilə təbrik edib

27 avqust 2026 | 10:48

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 70 illik yubileyi münasibətilə Tərtər Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktor müavini-baş həkim Bəkir Nağıyevi evində ziyarət edib.

Ziyarətdə Rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Tərtər Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Pərvanə Xuduyeva, Tərtər şəhər İƏD üzrə nümayəndə və Tərtər bələdiyyəsinin sədri iştirak ediblər.

Görüş zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yubilyarı 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib. Rayon rəhbəri Bəkir Nağıyevin uzun illər ərzində səhiyyə sahəsində səmərəli fəaliyyət göstərdiyini, şərəfli həkim peşəsinə sədaqətlə xidmət edərək rayon əhalisinin sağlamlığının qorunması və səhiyyə sisteminin inkişafı işinə mühüm töhfələr verdiyini xüsusi vurğulayıb. Qeyd olunub ki, Bəkir Nağıyevin yüksək peşəkarlığı, nümunəvi əmək fəaliyyəti və vətəndaşlara göstərdiyi qayğıkeş münasibət rayon ictimaiyyəti tərəfindən hər zaman yüksək qiymətləndirilib.

Müstəqim Məmmədov yubilyara möhkəm cansağlığı, uzun ömür arzulayaraq ona Tərtər Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və gül dəstəsini təqdim edib.

Bəkir Nağıyev göstərilən diqqət və qyğıya, eləcə də həkim əməyinə verilən yüskək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Keçidlər