İcra başçısı Tərtər Cümə Məscidinin İmamını qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qafqaz Müsəlmanları İdarəsinin rayonda səlahiyyətli nümayəndəsi, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərovu qəbul edib.
Görüş zamanı rayonda dini durumun mövcud vəziyyəti, dini maarifləndirmə işlərinin təşkili, milli-mənəvi dəyərlərin qorunması və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.
İcra başçısı rayonda dini sabitliyin və tolerantlıq mühitinin qorunmasının, dövlət-din münasibətlərinin düzgün qurulmasının, eləcə də əhali arasında dini radikalizm və xurafatın qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə qarşılıqlı əməkdaşlığın bundan sonra da davam etdirilməsi ilə bağlı müzakirələr aparılıb.






