Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Tərtər Bölgə Təcrübə Stansiyasında görülən işlərə baxış keçirib

02 oktyabr 2026 | 10:01

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 25 may tarixində kənd təsərrüfatının inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrasını təmin etmək, aqrar və su təsərrüfatı sahəsində aparılan yeniliklərlə yaxından tanış olmaq, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təmin etmək məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Zolgəran kəndində Bölgə Təcrübə Stansıyasında aparılan işlərə baxış keçirib.

Baxışda Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, Bölgə Təcrübə Stansıyasının direktoru Rəşad Familzadə və kənd təsərrüfatı mütəxəssisləri də iştirak ediblər.

Rayon rəhbəri təcrübə stansiyasında aparılan işlərinin mövcud vəziyyəti ilə maraqlanıb, ərazidə görülən işlərə, yeni texnika və aqreqatlara baxış keçirib həmçinin toxum təmizlənməsi prosesi ilə tanış olub.

Rayon rəhbərinə məlumat verilib ki, Bölgə Təcrübə Stansiyasında orijinal, super elit və elit reproduksiyalı buğda və arpa toxumları yetişdirilir, artırılır, təmizlənir və çeşidlənərək fermerlərə çatdırılır. Stansiyada istehsal olunan əsas sortlara Qırmızıgül, Qarabağ-22, Nuranə, Əsgəran, Mətin, Murov-2, Onur və Tunc daxildir. Tərtər BTS ölkənin taxılçılıq və toxumçuluq sistemində mühüm rol oynayır. Ölkə üzrə ərzaqlıq buğda təminatı üçün tələb olunan toxumun təxminən 33%-nin təmin edilməsində Tərtər BTS-in payı vardır. Bu fəaliyyət ölkənin toxum və ərzaq təhlükəsizliyinin təmin olunmasına, yüksək məhsuldar sortların fermerlərə çatdırılmasına və yerli toxumçuluğun inkişafına xidmət edir.

İcra başçısı Müstəqim Məmmədov məhsuldarlığın artırılması, əkin sahələrinə düzgün qulluq göstərilməsi və mövcud potensialdan səmərəli istifadə olunması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib. Eyni zamanda görüş zamanı kənd təsərrüfatı mütəxəsisləri ilə geniş fikir mübadiləsi aparılıb, onları maraqlandıran məsələlər dinlənilib, qarşıda duran vəzifələr və görüləcək işlər barədə müzakirələr edilib.

Sonda Bölgə Təcrübə Stansıyasının direktoru Rəşad Familzadə kənd təsərrüfatının inkişafına göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

 

Keçidlər