Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib

26 dekabr 2023 | 12:41

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 21 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma,  maddi köməklik, pay torpaq sahəsinin suvarılmasına köməklik, sahibkarlıq obyektinin sənədləşdirilməsinə köməklik, evinə qaz və işıq xəttinin çəkilməsi, ünvanlı sosial yardım almasına köməklik, sahibkarlıq obyektində yenidənqurma işlərinin aparılmasına icazə verilməsi, təbii fəlakət nəticəsində evinə dəymiş ziyanın ödənilməsi, sahibkarlıq üçün torpaq sahəsinin ayrılması və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər