Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib

06 avqust 2024 | 12:09

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, maddi köməklik, heyvandarlıq aktivlərilə təmin olunma, evinin təmir olunmasına köməklik, suvarma suyu ilə təmin olunma, imtiyazlı şəxsin ev növbəsinə götürülməsi və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər