Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib

20 may 2025 | 12:04

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

Qəbula gələn vətəndaşlar əsasən maddi köməklik, işlə təminat, sahibkarlıq üçün torpaq sahəsinin ayrılması, əkin üçün bələdiyyədən torpaq sahəsinin ayrılması, işğaldan azad edilmiş ərazilərdə mənzillə təmin olunma, torpaqla bağlı məhkəmə mübahisəsi, evinin yaxınlığında qəzalı vəziyyətdə olan ağacın kəsilməsi, yanmış evinin bərpasına köməklik  və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər