İcra başçısı şəhidin həyat yoldaşı Şirin İsmayılovanı 80 illik yubileyi münasibəti ilə təbrik edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonunun Seydimli kəndində şəhid İsmayılov Səfər İsbi oğlunun həyat yoldaşı İsmayılova Şirin Əsəd qızının 80 illik yubileyi münasibəti ilə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb. Şəhidin həyat yoldaşına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.
O, məğlubedilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Birinci Qarabağ müharibəsi şəhidlərinin də qisasını aldığını bildirib. Bu gün torpaqlarımızın işğaldan azad olması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib.
Qeyd edək ki, İsmayılov Səfər İsbi oğlu 1939-cu il iyun ayının 5-də Tərtər rayonunun Seyidimli kəndində anadan olmuşdur. Həmin kənd orta məktəbində təhsil almış və keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Qarabağ hadisələri başlanan vaxt doğma kəndlərində N.Nərimanov adına kolxozda işləyirdi. 1992-ci il iyun ayının 19-da kolxozun mal-qarasını otararkən minaya düşərək həlak olmuşdur. Evli idi. Sevda, Sevil və Bəsdi adlı üç qızı, Baba və Ağa adlı iki oğlu var. Tərtər rayonu Seyidimli kənd qəbiristanlığında dəfn olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






