Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid İsmayıllı Şamilin anası Səlminaz İsmayılovanı 60 illik yubileyi münasibəti ilə təbrik edib

03 avqust 2024 | 12:06

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dəmirçilər kəndində 60 illik yubileyi münasibəti ilə şəhid İsmayıllı Şamilin anası Səlminaz İsmayılovanı ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb. İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.

Ziyarət zamanı rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Vurğulayıb ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından keçən şəhidlərimizin ailə üzvlərinə diqqət və qayğı göstərmək, hər zaman onların yanında olmaq, qayğıları ilə maraqlanmaq hər kəsin  mənəvi borcudur.

Qeyd olunub ki, Azərbaycan Ordusunun çavuşu İsmayıllı Şamil Kamil oğlu 1993-cü il yanvarın 4-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. Oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 20-də yaşadığı Tərtər rayonunun Dəmirçilər kəndində dəfn olunub.

Şəhid İsmayıllı Şamil 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən həssas münasibətə görə möhtərəm Prezident  cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər