İcra başçısı şəhid Fərhad Əhmədovun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Hüsənli kəndində şəhid Əhmədov Fərhad Məhəmməd oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, Əhmədov Fərhad Məhəmməd oğlu 1976-cı il yanvar ayının 26-da Tərtər rayonunun Hüsənli kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində almış və 1994-cü ilin mart ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir. Xidmət etdiyi 190 saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1996-cı il may ayının 13-də hərbi tapşırığı yerinə yetirərkən Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında həlak olmuşdur.
Subay idi. Hüsənli kənd qəbiristanlığında dəfn olunub.
Şəhidimizin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.