İcra başçısı şəhid atasının yas mərasimində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Rayon Polis Şöbəsinin rəisi Rüfət Məmmədov və Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirovla birlikdə Tərtər şəhərində Birinci Qarabağ müharibəsi şəhidi Hüseynov Toğrulun atası Rafiq Hüseynovun yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Məlumat üçün bildiririk ki, Şəhid Hüseynov Toğrul Rafiq oğlu 13.oktyabr 1973 cü ildə Tərtər şəhərində anadan olmuşdur. 1990 cı ildə şəhər 1 saylı məktəbin 10 cu sinfini bitirib. Sonra Gəncə Energetika Texnikumuna daxil olub.1992 -ci il avqust ayında Milli Orduya həqiqi hərbi xidmətə çağırılıb. Xidmət etdiyi hərbi hissənin tərkibində torpaqlarımızı erməni faşistlərindən təmizləmək ücün Ağdərə bölgəsinə könüllü gəlmişdir. Ağdərə bölgəsində ağır gedən döyüşlər zamanı iştirak etmişdir. 1992 ci il sentyabr ayının 29- da Çıldıran kəndi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. Subay idi.Seydimli kənd qəbiristanlığında dəfn edilib.
Mərhumun yaxınları şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






