İcra başçısı şəhid atası Rövşən Məmmədovu 55 illik yubileyi münasibəti ilə təbrik edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi şəhidi Mənsimli İntiqamın atası Rövşən Məmmədovu 55 illik yubileyi münasibəti ilə Kəngərli kəndində yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və şəhid anasına gül dəstəsi təqdim edib.
O, məğlubedilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şəhidlərin qisasını aldığını bildirib. Bu gün torpaqlarımızın işğaldan azad olması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib.
Qeyd edək ki, şəhid Mənsimli İntiqam 1998-ci il iyunun 5-də Tərtər rayonun Kəngərli kəndində anadan olub. 2020-ci il oktyabr ayının 16-da Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub, oktyabrın 17-də doğulduğu Tərtər rayonunun Kəngərli kəndində dəfn olub.
Ölümündən sonra o, döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






