Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid atası Halay Nəcəfovu 85 illik yubileyi münasibəti ilə ziyarət edib

10 oktyabr 2024 | 14:46

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Buruc kəndində  Birinci Qarabağ Müharibəsi şəhidi Nəcəfov Mübariz Halay  oğlunun atası Nəcəfov Halay Müseyib oğlunu 85 illik yubileyi münasibəti ilə doğum günündə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb. İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.

Ziyarət zamanı rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Vurğulayıb ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından keçən şəhidlərimizin ailə üzvlərinə diqqət və qayğı göstərmək, hər zaman onların yanında olmaq, qayğıları ilə maraqlanmaq hər kəsin  mənəvi borcudur.

Qeyd edək ki, şəhid Nəcəfov Mübariz 1974-cü il iyun ayının 8-də Tərtər rayonunun Buruc kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd tam orta məktəbində almışdır. 1993-cı ildə  hərbi tapşırığı yerinə yetirərkən Ağdərə-Çıldıran  istiqmətində şəhid olmuşdur.

Tərtər rayonunun Buruc kənd qəbiristanlığında dəfn edilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident  cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər