Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid atası Aqil Muxtarovu 85 illik yubileyi münasibəti ilə ziyarət edib

25 noyabr 2024 | 12:21

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Tərtər şəhərində Birinci Qarabağ müharibəsi şəhidi Muxtarov Arif Aqil oğlunun ailəsini ziyarət edib, atası Aqil Muxtarovu 85 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.

Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.

Qeyd edək ki, Muxtarov Arif Aqil oğlu 1973-cü il iyul ayının 20-də Tərtər şəhərində anadan olmuşdur. 1990-cı ildə şəhər 5 nömrəli orta məktəbin 10-cu sinfini bitirmişdir. Sonra həmin məktəbdə texniki işçi işləmişdir. 1992-ci ildə Milli Ordu sıralarına həqiqi hərbi xidmətə getmişdir. Xidmət etdiyi hərbi hissənin tərkibində torpaqlarımızı erməni işğalçılarından təmizləmək üçün Ağdərə bölgəsinə getmişdir. Bu bölgədə ayrı-ayrı yaşayış məntəqələrinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci il sentyabr ayının 29-da Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər