Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid anasını qəbul edib

25 iyul 2024 | 09:56

Tərtər Rayon İcra hakimiyyətinin başçıçı Müstəqim Məmmədov Kəlbəcər rayonunun  Çərəkdar kəndində qeydiyyatda olan, müvəqqəti olaraq Tərtər rayonunun Düyərli kəndində yaşayan şəhid Mehdiyev Qardaşxan Muradxan oğlunun anası Mehdiyeva Mahiyyət Şahmalı qızını qəbul edib.

Rayon icra hakimiyyətinin başçısı daim şəhid ailələrini növbədənkənar qəbul edir, mütəmadi olaraq bütün şəhid ailələrində olur və onların qayğıları ilə maraqlanır.

Qəbul zamanı şəhid anası məskunlaşdığı ərazidə yol kənarında şəhid oğlunun adına bulaq tikdirmək istədiyini və məhkəmənin qərarı ilə icra qrupunun əməkdaşlarının  onları məskunlaşdığı ərazidən çıxarmaq istədiyini bildirmişdir.

Onu diqqətlə dinləyən rayon rəhbəri şəhid anası Mahiyyət Mehdiyevaya Qardaşxan kimi igid oğul böyütdüyü üçün minnətdarlığını bildirib, şəhid analarının dərdinə şərik olduğunu deyib, Ulu Tanrıdan bütün şəhidlərə rəhmət diləyib.

İcra başçısı şəhid anasına “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununu izah edib, yaşadığı ərazidə şəhid bulağı tikmək istədiyi torpaq sahəsinin Düyərli bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli, 01 nömrəli qərarı ilə kənd sakini Əliyev Elməddin İldırım oğluna həyətyanı sahə kimi verildiyini,  Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05.07.2019-cu il tarixli, 2(102)-4660/2019 nömrəli qərarı ilə onların ailəsinin məskunlaşdığı köhnə hamam binasının qarşısındakı torpaq sahəsinin onların istifadəsinə verilməsi barədə tələblərinin təmin edilmədiyini, həmin ərazinin onlara məxsus olması barədə əllərində Düyərli bələdiyyəsinin verdiyi heç bir sənəd olmadığını, lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məskunlaşdığı ərazinin onun mülkiyyətinə verilməsi barədə çıxarış verildiyini və bütün bunların araşdırılmasının məhkəmə predmeti olduğunu izah edərək, yuxarı instansiya məhkəməsinə müraciət etməsi tövsiyə olunmuş, onlara tezliklə işğaldan azad edimiş öz dogma yurd-yuvalarına qayıtmağı diləyib.

Şəhid anasına hörmətlə yanaşan rayon rəhbəri onun əlindən tutaraq yola salmışdır. 

Keçidlər