İcra başçısı şəhid anasını 70 illik yubileyi münasibəti ilə təbrik edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ müharibəsi şəhidi Siyavuş Hümbətovun ailəsini ziyarət edib, anası Sahibə Mirzəyevanı 70 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə təqdim edib.
Görüşdə şəhidin keçdiyi döyüş yolundan söhbət açılıb. Bildirib ki, Hümbətov Siyavuş Qaraş oğlu 1974-cü il iyul ayının 29-da Tərtər rayonunun Hüsənli kəndində anadan olub. Orta təhsilini həmin kənd tam orta məktəbində alıb və kəndlərində M.Ə.Sabir adına sovxozda fəhlə işləməyə başlayıb. 1993-cü il yanvar ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətinə N saylı hərbi hissədə başlayıb. Xidmət etdiyi hərbi hissənin tərkibində Kəlbəcər bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1994-cü il may ayının 1-də Kəlbəcər ərazisində gedən döyüşdə itkin düşüb.
Subay idi.
Valideynləri Tərtər rayonunun Hüsənli kəndində yaşayırlar.
Siyavuşun anası Sahibə xanım hələ də gözləri oğlunu axtardığını bildirir. Oğlunun vətən torpaqlarını işğaldan azad etmək arzusunu bu gün respublika prezidenti cənab İlham Əliyevin gerçəkləşdirdiyini, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, ölkə rəhbərinin öz əlləri ilə Azərbaycan Bayrağını İşğaldan azad edilmiş, terrorçulardan təmizlənmiş Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə dalğalandırdığını deyib. O, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlığını bildirib.
Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı versin!