Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid anası Zərifə Təmirazovanı 85 illik yubileyi münasibəti ilə ziyarət edib

10 oktyabr 2024 | 14:31

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Borsunlu kəndində  Birinci Qarabağ Müharibəsi şəhidi Təmirazov Murad Səməddin  oğlunun anası Təmirazova Zərifə Qaçay qızını 85 illik yubileyi münasibəti ilə doğum günündə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb. Görüşdə şəhid Axundov Babək Mehdi oğlunun anası Xırdaxanım Əliyevada iştirak edib. İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.

İcra başçısı Müstəqim Məmmədov şəhidin valideynlərinə vətən üçün Murad kimi oğul böyütdüklərinə görə təşəkkür edib, torpaqlarımızın Murad kimi oğullar sayəsində işğaldan azad olunduğunu bildirib, dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışıb.

O, məğlubedilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Birinci Qarabağ müharibəsi şəhidlərinin də  qisasını aldığını bildirib. Bu gün torpaqlarımızın işğaldan  azad olması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib.

Qeyd edək ki, şəhid Murad Təmirazov 1961-cı ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd tam orta məktəbində almışdır. 1993-cı ildə  hərbi tapşırığı yerinə yetirərkən Ağdərə rayonun istiqmətində itkin düşmüşdür.

Şəhidin ailə üzvləri Muradla bağlı xatirələrini bölüşüb, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər