Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid anası Xırdaxanım Əliyevanı 80 illik yubileyi münasibəti ilə təbrik edib

07 iyul 2026 | 10:04

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon polis şöbəsinin rəisi müavini Elxan Zamanov, Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşı Ceyhun Hacıyevlə birlikdə Borsunlu kəndində Birinci Qarabağ müharibəsi şəhidi Axundov Babək Mehdi  oğlunun anası Əliyeva Xırdaxanım Yusif qızını 80 illik yubileyi münasibəti ilə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.   

İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.

O, məğlubedilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şəhidlərin qisasını aldığını bildirib. Bu gün torpaqlarımızın işğaldan azad olması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib.

Qeyd edək ki, şəhid Axundov Babək Mehdi oğlu 1972-ci il aprel ayının 3-də Tərtər rayonunun Borsunlu kəndində anadan olub. Orta təhsilini həmin kənddə alıb. 1990-cı ilin may ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. SSRİ dağıldıqdan sonra vətənə qayıdıb və 1992-ci ildə “Tərtər özünümüdafiə batalyonu”nda xidmətə başlayıb. Bu batalyonda xidmət etdiyi müddətdə Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1992-ci il avqust ayının 8-də keçmiş Ağdərə rayonunun Lülǝsaz kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər