Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid anası Sənəm Abdullayevanı 80 illik yubileyi münasibəti ilə təbrik edib

10 yanvar 2026 | 14:41

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonunun Dəmirçilər kəndində şəhid Abdullayev Habil Kalam oğlunun anası Abdullayeva Sənəm İbad qızının 80 illik yubileyi münasibəti ilə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.

İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.

O, məğlubedilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Birinci Qarabağ müharibəsi şəhidlərinin də qisasını aldığını bildirib. Bu gün torpaqlarımızın işğaldan azad olması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib.

Qeyd edək ki, Abdullayev Habil Kalam oğlu 1969-cu il fevral ayının 1-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra keçmiş Sovet Ordusu sıralarında xidmət edib. Qarabağ hadisələri başlayan vaxt Tərtər Elektrik Şəbəkəsində işləyib. 1993-cü il noyabr ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilmiş və N saylı hərbi hissədə xidmətə başlamışdır. Bu hərbi hissədə xidmət etdiyi müddətdə Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 27 aprel 1994-cü il tarixdə Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən döyüşdə şəhid olmuş, nəşi döyüş yerində qalmışdır. Atəşkəsdən sonra iyun ayının 5-də nəşi ermənilərdən alınaraq doğma kəndlərinə gətirilib torpağa tapşırılmışdır. Subay idi.

Şəhid anası şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər