Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid anası Ayna Babayevanı 75 illik yubileyi münasibəti ilə ziyarət edib

06 dekabr 2024 | 16:16

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Hacıqərvənd kəndində Birinci Qarabağ müharibəsi şəhidi Babayev Raquf Yusif oğlunun ailəsini ziyarət edib, anası Babayeva Ayna Əli qızını 75 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.

Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.

Qeyd edək ki, Babayev Raquf Yusif oğlu 1974-cü il may ayının 24-də Tərtər rayonunun Hacıqǝrvend kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1992-ci il sentyabr ayının 25-də rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 1993-cü il mart ayından xidmət etdiyi N saylı hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1994-cü il yanvar ayının 11-də Ağdərə rayonunun Levonarx kəndi ətrafında gedən döyüşdə həlak olmuşdur. Subay idi. Hacıqǝrvənd kənd qəbiristanlığında dəfn olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər