İcra başçısı şəhid anası Ağayeva Qəmzəni 90 illik yubileyi münasibəti ilə təbrik edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonunun Səhlabad kəndində şəhid Ağayev Mənsur Ələkbər oğlunun anası Ağayeva Qəmzə Göyüş qızının 90 illik yubileyi münasibəti ilə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.
O, məğlubedilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Birinci Qarabağ müharibəsi şəhidlərinin də qisasını aldığını bildirib. Bu gün torpaqlarımızın işğaldan azad olması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib.
Qeyd edək ki, Ağayev Mənsur Ələkbər oğlu 1970-ci il may ayının 27-də Tərtər rayonunun Səhləbad kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1988-1990-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Ağdərə erməni işğalçılarından təmizləndikdən sonra Ağdərə rayonu Kommunal Müəssisələri Kombinatında fəhlə işləmişdir. 1992-ci il noyabr ayında Tərtər rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbərliyə çağırılmış və N saylı hərbi hissənin tərkibində xidmət etməyə başlamışdır. Xidmət etdiyi dövrdə Ağdərə bölgəsində Canyataq, Gülyataq kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 22 mart 1993-cü il tarixdə Ağdərə bölgəsində Qalayçılar kəndi uğrunda gedən döyüşdə itkin düşmüşdür.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






