Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid ailəsinin yas mərasimində iştirak edib

15 oktyabr 2026 | 15:29

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov birlikdə Kəngərli kəndində şəhid Abbaszadə Elşad Raquf oğlunun nənəsi Abbasova Zərifə İbrahim qızının yas mərasimində iştrak edib, mərhumənin yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, şəhid Elşad Abbaszadə 1993-cü ilin 14 iyulunda Kəngərli kəndində anadan olub. 2011-ci ilin iyul ayında hərbi xidmətə çağırılıb. 2013-cü ildə hərbi xidmətini başa vurub. 2014-cü ildən müddətdən artıq xidmət etmək üçün yenidən hərbiyə qayıdıb.

Elşad Abbaszadə tağım komandiri olub. O, 2016-cı il martın 25-də qoşunların təmas xəttində  ermənilərin atəşkəs rejimini pozması nəticəsində qəhrəmancasına şəhid olub. Elşad Abbaszadənin şəhid olmasından 7 gün sonra, aprelin  2-sində  Azərbaycan-Ermənistan  təmas xəttində 24 ildən sonra tariximizin ən qanlı atışmalarından biri, Aprel döyüşləri başlayıb.

Ölümündən sonra Elşad Abbaszadə  “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Elşad Abbaszadə doğma kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər