Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid, 3-cü dərəcəli “Rəşadət” ordenli Ruslan Lalayevin atasını 60 illik yubileyi münasibəti ilə təbrik edib

14 oktyabr 2026 | 12:57

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonunun Səhləbad kəndində şəhid, 3-cü dərəcəli “Rəşadət” ordenli Lalayev Ruslan Akif oğlunun atası Lalayev Akif Həsən oğlunu  60 illik yubileyi münasibəti ilə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.

İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.

O, məğlubedilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Birinci Qarabağ müharibəsi şəhidlərinin də qisasını aldığını bildirib. Bu gün torpaqlarımızın işğaldan azad olması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib.

Qeyd edək ki, Ruslan Lalayev 17.02.1994-ci ildə Tərtər rayonunun Səhləbad kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu Lalayev Ruslan 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb.Subay idi. Tərtər rayonunun Səhləbad kəndində dəfn olunub. Şəhid Lalayev Ruslan Akif oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər