Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasında kecirilən bayram şənliyində iştirak edib

28 dekabr 2023 | 14:08

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə keçirilən şənlikdə iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ümummilli Liderin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra bağçanın müdiri Nigar Məmmədova uşaqları  bayram münasibəti ilə təbrik edərək sözü icra başçısına verib. Rayon rəhbəri çıxış edərək körpə fidanları qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, Yeni il bayramı və 5 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyətə başlamasının 5 illiyi münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb.

Qeyd edib ki, bu günkü gün uşaqlar daha xoşbəxt, daha sevinclidirlər. Çünki onlar qalib ölkənin vətəndaşlarıdırlar.

Sonra rayon rəhbəri Azərbaycanda uşaq siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu, onun uşaqları sonsuz məhəbbətlə sevdiyini, uşaqlara böyük diqqət və qayğıyla yanaşdığını, “Uşaqlar bizim gələcəyimizdir”,-  dediyini dilə gətirib.

Bildirib ki, bu gün bizə Ümummilli liderin miras qoyduğu ənənələr  Ulu Öndərin ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Qarabağ Regional Təhsil İdarəsinin Tərtər rayon üzrə Təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev də tədbir iştirakçılarını təbrik edib, bildirib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları hərtərəfli diqqət və qayğı ilə əhatə olunub.

Balacalar yolkanın ətrafına toplaşaraq Şaxta babaya, Qar qıza şeirlər söyləyib, mahnı oxuyub, səhnəcik göstərib, onlarla birgə rəqs edib, şənləniblər.

Tədbirdə iştirak edən valideynlər və bağçanın kollektivi dövlət tərəfindən uşalqara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Sonda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 5 nömrəli körpələr evi-uşaq bağçasının kollektivinə rayonun ictimai-siyasi həyatında fərqləndiyinə görə fəxri fərman təqdim edilib.

 

 

Keçidlər