Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında olub

29 mart 2023 | 14:57

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  şəhid Toğrul Hüseynov adına  95  yerlik şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında olub. Rayon rəhbəri  bağçanın kollektivi ilə görüşüb, uşaqların saxlanma şəraiti, davamiyyəti, tibbi müayinə olunmaları və qida rasionu ilə maraqlanıb.

İcra başçısı  kollektivə gələcəyimiz olan uşaqların sağlamlıqlarının diqqət mərkəzində saxlanması üçün gündəlik gigeyina qaydalarına düzgün riayət etməyi, balacaların hər birinə  fərdi qayda da yanaşmağı tövsiyə edib.

Şəhər 2 nömrəli  körpələr evi-uşaq bağçasının kollektivi ölkəmizdə uşaqların sosial  müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab  İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər