Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı “Savate” idman növü üzrə Azərbaycan çempionatında qələbə qazanan idmançıları qəbul edib

04 noyabr 2026 | 14:54

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Sumqayıt şəhərində Vətən Müharibəsi qəhrəmanı şəhid Anar Əliyevin xatirəsinə həsr olunmuş “Savate” döyüş növü üzrə Azərbaycan çempionatında yer qazanmış idmançıları qəbul edib. Görüşdə Əməkdar məşqçi, idman ustası Ruhi Hüseynov, Azərbaycan çempionatında yer qazanmış idmançılar və onların valideynləri iştirak ediblər.  

Əməkdar məşqçi, idman ustası Ruhi Hüseynov əvvəlcə idmançıların iştirak etdiyi çempionat barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan çempionatında yetirmələrindən 15 nəfəri 1-ci, 9 nəfəri- 2-ci, 6 nəfəri isə 3-cü yeri tutub.

Rayon rəhbəri idmançıları qazandıqları qələbəyə görə təbrik edərək, onlara yeni uğurlar arzulayıb, respublika Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğıdan danışıb, bu qayğıdan ruhlanan idmançıların əldə etdiyi uğurları dilə gətirib. Tədbirdə rayon rəhbəri idmançılara Azərbaycan çempionatında qazandıqları diplom və rayon icra hakimiyyətinin təşəkkürnamələrini təqdim edib.

İdmançılar onlara göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər