Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı rayonun Qaynaq kəndində barama qurdlarının bəslənilməsi vəziyyəti ilə maraqlanıb

23 may 2024 | 13:04

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2015-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının həyata keçirilməsi istiqamətində rayonumuzda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi üçün 2024-cü ildə barama qurdları saxlanılacaq yerlər və kümçülər müəyyənləşdirilmiş, yem bazasının yaxşılaşdırılması məqsədilə tut tinglərinin becərilməsi davam etdirilmişdir.

May ayının 23-də rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Qaynaq kəndində kənd sakini Hidayət Həsənovun həyətində barama qurdlarının bəslənilməsi vəziyyəti ilə maraqlanıb. Mövcud vəziyyətlə yerində tanış olan rayon rəhbəri kümçülərə müvafiq tapşırıq və tövsiyələr verib.

Qeyd edək ki, Ötən il Tərtər rayonunda 14,8 ton barama istehsal edilib. Bu il isə 12 tona yaxın yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Bərdə Barama “AZ.SİLK” MMC-dən 300 qutu barama qurdu gətirilərək kümçülərə təhvil verilib. Rayonun yaşayış məntəqələrində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilib, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanıb.

Keçidlər