İcra başçısı rayonun Qaraağacı kəndindən olan qazi Rauf Nuriyevin ailəsində olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayonun Qaraağacı kəndində qazi Rauf Nuriyevin ailəsində olub, onların problemləri ilə maraqlanıb.
III qrup Vətən müharibəsi əlili mayor Nuriyev Rauf Məmməd oğlu 17 il müddətdən artıq hərbi xidmətdə olub.
O, Vətən müharibəsində Xocavənd, Fizuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Cəsur döyüşçü”, “Sücaətə görə” və “Fizulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Tərtər rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə 29 sentyabr 2021-ci il tarixdən Qaraağacı kənd tam orta məktəbində hərbi rəhbər vəzifəsinə təyin edilib.
Qazi və atası Məmməd Nuriyev şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.