Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı rayonun Dəmirçilər kəndində şəhid Rzayev Fikrət Əhliyyət oğlunun ailəsini ziyarət edib

18 yanvar 2024 | 14:40

Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Dəmirçilər kəndində şəhid Rzayev Fikrət Əhliyyət oğlunun ailəsini ziyarət  edib, ailənin qayğısı və problemləri ilə maraqlanıb.

Rayon rəhbəri bildirib ki, şəhidlərin xatirəsi, onların ailəsi bizim üçün müqəddəsdir. Çünki onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.

Qeyd edək ki, şəhid Rzayev Fikrət Əhliyyət oğlu 1972-ci il avqust ayının 30-da Kəlbəcər rayonunun Şurtan kəndində anadan olub. Sonralar ailəsi ilə birlikdə Tərtər rayonunun Dəmirçilər kəndinə köçüb. Həmin kəndin orta məktəbində natamam orta təhsil aldıqdan sonra 183 №-li Texniki Peşə Məktəbində təhsil alıb. 1990-cı ilin noyabr ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağrılıb. SSRİ dağıldıqdan sonra keçmiş Sovet Ordusu sıralarından vaxtından əvvəl gələrək “Tərtər özünümüdafiə batalyonu”nda hərbi xidmətini davam etdirib. Bu batalyonun tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1992-ci il avqust ayının 28-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Həmin il oktyabr ayının 22-də bu ərazi ermənilərdən təmizləndikdə onun nəşi tapılıb doğma kəndində torpağa tapşırılmışdır. Subay idi. Dəmirçilər kənd qəbiristanlığında dəfn edilib.

Şəhidin ailə üzvləri  Fikrətlə bağlı xatirələrini bölüşərək bildiriblər ki, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması şəhid ailələrinin qaysaq bağlamayan oğul dərdinə bir məlhəmdir, çünki  canlarından keçdiyi Vətən torpağı bu gün azaddır, o ərazilərdə terrorçu dəstələr yoxdur. Bu gün  respublika Prezidenti işğaldan azad edilmiş ərazilərdə–Ağdərədə, Xankəndində, Xocalıda, Xocavənddə öz əlləri ilə Azərbaycan Bayrağını dalğalandırıb, şəhidlərimizin qisası alınıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Keçidlər