İcra başçısı növbəti dəfə vətəndaşları qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 22 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, sahibkarlıq üçün torpaq sahəsinin ayrılması və sənədləşdirilməsi, pay və həyətyani torpaq sahələrinin suvarılması, məşğulluq mərkəzi tərəfindən heyvandarlıq aktivləri ilə təmin olunma, bələdiyyə torpağıdan icarəyə torpaq sahəsinin ayrılması, pay torpaq sahəsinin zəbt olunması, madd yardım, işğaldan azad olunmuş ərazilərdə evlə təmin olunma, ünvanlı sosial yardım, içməli su ilə təmin olunma və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.