Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Müstəqim Məmmədov rayonun Kəngərli kəndində Vətən müharibəsi şəhidi Qənbər Qənbərlinin ailəsini ziyarət edib

07 noyabr 2022 | 11:16

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon Təşkilatının sədri Eldar Əsədov və Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərovla birlikdə “Rəşadət” ordenli, Vətən müharibəsi şəhidi  Qənbər Qənbərlinin rayonun Kəngərli kəndində yaşayan ailəsində olub, onların qayğıları ilə maraqlanıb.

 Rayon rəhbəri bizi ərazi bütövlüyümüzə qovuşduran, Şanlı Zəfər tarixmizi yazan şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını bildirib, Qənbər Qənbərlinin keçdiyi şərəfli ömür yoluna nəzər salıb.

Qənbər Qənbərli 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub.

Azərbaycan Ordusunun baş leytenantı olan Qənbər 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 22 may 2021-ci ildə nəşi tapılıb və ailəsinə təhvil verilib.

Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.

Sağlığında  "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunmuş qəhrəman baş leytenantımız Qənbər Qənbərli Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra 3 dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda", "Şücaətə görə" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəliydi. Bir övladı yadigar qalıb.

“Rəşadət” ordenli Qənbər Qənbərlinin xatirəsinə ehtiram əlaməti olaraq onun adı əbədiləşdirilib. Rayon mərkəzində və doğulduğu kənddə adına küçə verilib, kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinə onun da şəkli həkk olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasınən Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanmım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı  versin!

Keçidlər