İcra başçısı mülki şəhid Rüstəmov Vasif Bahadur oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib
Erməni vandallarının qətlinə səbəb olduqları mülki şəhidlərdən biri də Rüstəmov Vasif Bahadur oğludur. Vasif də şəhər qəbristanlığının düşmən tərəfindən artilleriya atəşinə tutulması nəticəsində şəhid olub.
Mülki şəhidin ikinci ildönümü ilə əlaqədar rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə onun ailəsinə baş çəkib, başsağlığı verib. Tərtər Cümə Məscidinin imamı şəhidlərin ruhuna dualar oxuyub.
Öz vəhşilikəri, insanlığa sığmayan hərəkətləri ilə mülki insanların qətillərinə, yüzlərlə insanların yaralanmasına səbəb olan erməni terrorçuları ən ağır cəzaya layiqdilər. Beynəlxalq aləm buna susmamalı, ermənilərin azərbaycanlılara qarşı soyqrımına düzgün qiymət verilməlidir.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!