Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Milli Məclisin deputatı Sahib Alıyev ilə birlikdə Kəngərli kəndində şəhid ailələri ilə görüşüb

03 iyun 2022 | 16:32

Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Milli Məclisin  deputatı Sahib Alıyevlə birlikdə rayonun Kəngərli kəndində  şəhid ailələri ilə görüşüb, onların problemləri və qayğılari ilə maraqlanıb. Görüş Vətən müharibəsi şəhidi “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunmuş Səbuhi Məmmədovun ailəsində  baş tutub. Görüşdə Kəngərli kəndindən olan 5 şəhid ailəsi iştirak edib.  “Suqovuşanın azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş İntiqam Mənsimlinin atası Rövşən Mənsimov, saglığında “Azərbaycan ordusunun 100 illiyi medalı ilə” təltif olunmuş qəhraman baş leytnantımız, ölümündən sonra 3 dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş Qəmbərli Qənbərin atası Bəhruz Qəmbərov, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuş Elmin Quluzadənin atası Şəmsi Quluzadə, Aprel şəhidi “Hərbi xidmətdə  fərqlənməyə görə” medalı ilə təltif olunmuş Elşad Abbaszadənin atası Raquf Abbasov iştirak ediblər.

Rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb,hər birinin qısa, lakin mənalı ömür yolunu gənclərə örnək olduğunu bildirib.Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib.Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Rayon rəhbəri qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır.

Milli Məclisin deputatı Sahib Alıyev cəbhə bölgəsində yaşayan tərtərlilərin hər zaman dövlətçiliyə sədaqətli olduqlarını, müharibə dövründə arxa cəbhədə olan sakinlərinin ordu ilə birlik nümayiş etdirdiklərini, qələbəmizə bu yolla töhvələr verdiklrəini bildirib. Şəhid valideynlərinin hər birini ayrı-ayrılıqda dinləyib.

Şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlqılarını bildiriblər.

Keçidlər