Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Vətən Müharibəsi şəhidi Aslanov Xəyalın ailəsini qəbul edib

28 sentyabr 2023 | 15:11

Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin Deputatı ilə birlikdə  44 günlük Vətən müharibəsi şəhidi Xəyal Aslanovun həyat yoldaşı Aslanova Nərmin İmaməli qızını  övladları ilə birgə qəbul edib, şəhid ailəsini dinləyib və onun qayğıları, problemləri ilə maraqlanıb.

Rayon rəhbəri qəbul zamanı torpaqlarımızın 44 günlük Vətən müharibəsində Xəyal Aslanov kimi igid oğulların sayəsində işğaldan azad olunduğunu, şəhid ailələrinin, onların övladlarının dövlətimiz, cəmiyyətimiz üçün dəyərli olduğunu vurğulayıb. Şəhidlərimizə Ulu Tanrıdan rəhmət, qazilərimizə can sağlığı diləyib.

Şəhidin  bizlərə yadigarı olan balaca  Uğur və Ümidə rayon icra hakimiyyəti tərəfindən məktəbli paltarları və çantaları hədiyyə olunub.

Xəyal Aslanovun həyat yoldaşı  göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər