Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Birinci Qarabağ müharibəsi əlili Nağı Seymurovun ailəsi ilə görüşüb

08 aprel 2024 | 14:36

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Kəngərli  kəndində Birinci Qarabağ müharibəsi əlili Seymurov Nağı Ağalar oğlunu evində ziyarət  edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıblar.

Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.

Qeyd edək ki, Nağı Seymurov 1993-cü il aprel ayının 4-də könüllü olaraq hərbi xidmətə yollanmış və Birinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü il noyabr ayının 22-də həmin istiqamətdə düşmənin atdığı mərmi nəticəsində yaralanmış və ehtiyata buraxılmışdır.

Nağı Seymurova müharibə zamanı aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmiş, dövlət tərəfindən yaşadığı kənddə fərdi evlə təmin olunmuşdur.

Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnətdarlıqlarını bildiriblər.

Keçidlər