Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə 60 yaşlı şəhid atası Bəhmən Məmmədovu ad günündə ziyarət edib

21 aprel 2024 | 12:59

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim  Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Borsunlu kəndində Vətən Müharibəsi şəhidi  Məmmədov Elman Bəhmən oğlunun atası Bəhmən Məmmədovu ad günü münasibəti ilə ziyarət edib, şəhid atasını 60 illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını çatdırıblar. İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıblar.

Qeyd edək ki, şəhid Elman Məmmədov 1991-ci ilin avqust ayının 17-də Tərtər rayonunun Borsunlu kəndində anadan olmuşdur.

Azərbaycan Ordusunun MAHHXHQ Elman Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elman Məmmədov oktyabrın 3-də Füzuli rayon istiqamətində gedən döyüş əməliyyatlarında döyüş taşırığını yerinə yetirərəkən düşmən tərəfindən açılan atəş zamanı şəhid olub. Tərtər rayonunun Borsunlu kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid atası bütün şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər