İcra başçısı Kovdadıq kəndində Vətən müharibəsi veteranı Müşviq Quluzadəni ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Kovdadıq kəndində Vətən müharibəsi veteranı Quluzadə Müşviq Vüqar oğlunu evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.
Ziyarət zamanı rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
Qeyd edək ki, Quluzadə Müşviq Vüqar oğlu Vətən müharibəsi zamanı Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib, “Vətən müharibəsi istirakçısı” medalı ilə təltif edilib.
Veteranımız və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.