Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhid anası İltifat Qaraşovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib

05 dekabr 2025 | 13:03

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Qaynaq kəndində  Vətən müharibəsi  şəhidi Surxayzadə Cahangir Hətəm oğlunun anası Qaraşova İltifat Cəmil qızını 55 illik yubileyi münasibəti ilə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.

İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.

İcra başçısı Müstəqim Məmmədov şəhidin valideynlərinə vətən üçün Cahangir kimi oğul böyütdüklərinə görə təşəkkür edib, torpaqlarımızın onlar sayəsində işğaldan azad olunduğunu bildirib, dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışıb.

O, məğlubedilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Birinci Qarabağ müharibəsi şəhidlərinin də  qisasını aldığını bildirib. Bu gün torpaqlarımızın işğaldan  azad olması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib.

Qeyd edək ki, Surxayzadə Cahangir Hətəm oğlu 1996-cı il iyun ayının 9-da Tərtər rayonunun Qaynaq kəndində anadan olub. Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri Cahangir Surxayzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinın və Şuşanın azadlığı uğrunda döyüşüb. Cahangir Surxayzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Qaynaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Cahangir Surxayzadə ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər