İcra başçısı Kəngərli kəndindən olan şəhid ailələrini və qazini qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfovla birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin Torpaqların İdarəedilməsi və istifadəsinə nəzarət Sektorunun müdiri Natiq Əliyevin, Kəngərli kənd İƏD üzrə nümayəndə Xamiz Əsgərovun iştirakı ilə rayonun Kəngərli kəndində olan şəhid Qənbərli Qənbərin, Səbuhi Məmmədovun, Rövşən Məmmədovun, Elmin Quluzadənin atalarını və qazi İsgəndər İsgəndərlini qəbul edib.
Şəhid valideynləri Bəhruz Məmmədov, Zahid Məmmədov, Rövşən Məmmədov, Şəmsi Quliyev və qazi İsgəndər İsgəndərli rayon rəhbərinə onların icarəsinə kənd təsərrüfatı bitkilərinin əkilməsi, sahibkarlıq obyektinin tikilməsi üçün torpaq verilməsi ilə bağlı müraciət ediblər. Qəbulda iştirak edən 4 şəhid ailəsi və qazinin hər birinin icarəsinə 1 hektar əkin sahəsi ayrılması üçün kənd bələdiyyəsinə müvafiq göstəriş verilib.
Hazırda onların icarəsinə veriləcək əkin sahəsinin və sahibkarlıq obyektinin tikilməsi üçün torpaq sahələrinin ayrılması ilə bağlı sənədləşmə işi aparılır.
Şəhid ailələri qəbuldan razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.