Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı İrəvanlı kəndində fəaliyyət göstərən istixanaya baxış keçirib

01 noyabr 2024 | 10:16

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İrəvanlı kəndində fəaliyyət göstərən fiziki şəxs Zəfər Nəsirova məxsus istixanaya baxış keçirib.

İstixananın ümumi sahəsi 1 hektardır. Burada 11 nəfər daimi işlə təmin edilib.

İstixana ilə yaxından tanış olan rayon rəhbəri istixana kompleksində  istixananın istehsal gücü, məhsulların çeşidi və müəssisənin gələcək fəaliyyət planı ilə baglı müəssənin rəhbərliyi ilə işgüzar müzakirələr aparıb.

İstixana  məhsullarını, əsasən xarici və  daxili bazara çıxarılır. Burada yetişdirilən məhsullar ekoloji cəhətdən standartlara uygundur, müasir intensiv texnologiyalardan istifadə olunmaqla pamidor məhsulu istehsal olunur. Məhsul emalatxanasında çeşidlənərək  satışa çıxarılır.

Ötən il istixanada 150 ton məhsul istehsal olunub.Bu il sə 200 ton istehsal olunması nəzərdə tutulub.

Müəssisə rəhbəri Zəfər Nəsirov gələcəkdə istixananı genişləndirəcəyini bildirib.

Keçidlər