İcra başçısı idmançılarla görüşüb
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Budo üzrə Astara rayonunda keçirilən zona yarışında qələbə qazanan gənc idmançılarla görüşüb.
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, məşqçi müəllim Ağabəy Vəlizadə və 27-29 yanvar 2023-cü il tarixində Azərbaycan Budo Döyüş Növləri Fedarasiyasının Astara rayonunda keçirdiyi açıq çempionatda iştirak edərək 1-ci yeri tutan “qızıl kəmər“ qazanmış tərtərli gənc idmançılar- Arzuman Səfərli, Məhəmmədəli Quliyev, İsrafil Əliyev, Şamxal Abuzərli, Sevda İmanova, Fərid Mehtiyev və Təbriz Qulzadə də iştirak ediblər.
Rayon rəhbəri idmançıları 2 fevral-Gənclər Günü və qələbə qazanmaları münasibəti ilə təbrik edib, onlara gələcək yarışlarda uğurlar diləyib, respublikamızda bədən tərbiyəsi və idmanın inkişafına ölkə prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan danışıb, rayonumuzda Uşaq Gənclər İdman və Şahmat Məktəbinin, Olimpiya İdman Kompleksinin tikilib istifadəyə verilməsinin bu qayğının təzahürü olduğunu bildirib.
Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Olimpiya İdman Kompleksinin məşqçi müəllimi Ağabəy Vəlizadə cıxış edərək ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıblar.
Onlar idmanın inkişafına və idmançılara göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Təbdbirdə icra hakimiyyətinin başçısı tərəfindən qələbə qazanmış idmançılara fəxri fərmanlar təqdim edilib.