Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı ictimai şuranın sədrini və şura üzvünü qəbul edib

16 dekabr 2025 | 11:47

 Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim Məmmədov rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın sədri Svetlana Bağırova və ictimai şuranın üzvü,rayon ağsaqqallar şurasının sədri Faiq Məmmədovu qəbul edib.

Qəbul zamanı rayon rəhbəri İctimai şuranın sədrini    dinləmişdir.Svetlana Bağırova “İctimai iştirakçılıq haqqında” Qanuna əsasən şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsini, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən İctimai Şuranın rayonda səmərəli fəaliyyəti üçün hər cür dəstək göstərildiyini bildirmişdir.

Ağsaqqallar Şurasının sədri,ictimai şuranın üzvü  Faiq Məmmədov iİcra hakimiyyəti tərəfindən qəbul edilən qərarlarda ictimai şuranın təkliflərinin nəzərə alındığını bildirmişdir. O,şuranın fəaliyyətinin səmərəli təşkili məqsədi ilə bu görüşün əhəmiyyətli olduğunu vurğulamışdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim Məmmədov qəbul zamanı rayonda ictimai şuranın fəaliyyətinin gücləndirilməsi üçün öz tövsiyyələrini vermişdir.

Keçidlər