Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Evoğlu kəndində sakinləri qəbul edib

27 may 2022 | 16:31

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Evoğlu kəndində səyyar-qəbul görüşü keçirilib. Görüşdən əvvəl rayon rəhbəri hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyaraq xatirələrini ehtiramla yad ediblər.

Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Kənd sakinlərini salamlayan icra başçısı   bildirib ki, “Covid-19” pandemiyası ilə bağlı yerlərdə səyyar-qəbulların keçirilməsi də təxirə salınmışdı. 2022-ci ilin mart ayından artıq yerlərdə səyyar-qəbul görüşlər keçirilir, vətəndaşların müraciətləri yerində dinlənilir və həll olur.

Rayon rəhbəri Rəqəmsal icra hakimiyyətinin Portalı barədə də sakinlərə məlumat verib, onlara vaxt itkisinə yol vermədən rastlaşdıqları çətinliklər, problemlər barədə portala müraciət etməyi tovsiyə edib.

Sonra icra başçısı Evoğlu kəndinin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, Evoğlu İnzibati ərazi dairəsinin 1625  hektar ərazisi, 555 təsərrüfatı, 2220 əhalisi, 1008 hektar pay torpağı var. Ərazidə 1 məktəb, 1 körpələr evi uşaq bağçası, 1 tibb məntəqəsi, 1 klub, 1 kitabxana, 7 iaşə, 7 ticarət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 80 hektarda buğda, 250 hektarda arpa, 413  hektarda yonca, 250 hektarda pambıq əkiblər.

Onlar 1060 baş iribuynuzlu, 1355 baş xırdabuynuzlu,9807 baş ev quşları saxlayırlar.

Sakinlər daimi işıq, qaz və su  ilə təmin olunurlar.

Rayon rəhbəri kənddə görülmüş işlərdən danışıb. Bildirib ki, Evoğlu-Soyulan kəndarası yolun 1.5 km, Evoğlu-Azad Qaraqoyunlu kəndarası yolun 3 km-i təmir olunub. Kəndə gələn yol asfaltlanıb, yol kənarları abadlaşdırılıb. Kənddə son üç ildə 2 ədəd subartezian quyusu qazılıb. 1 ədəd isə bu il qazılacaq.

3200 metr su arxı lildən təmizlənib, 200 ədəd müxtəlif ağaclar əkilib.

Kəndin elektrik naqillərnin kabelləşdirilməsinə ehtiyac var. Hazırda bu istiqamətdə layihələndirmə işləri gedir.

Sonra söz kənd sakinlərinə verilib. Fuad Kazımov oğlu Çingiz Şahmarzadəni işlə təmin olunması, Elmidar Əliyev özünüməşğulluq proqramı çərçivəsində ona aktivlərin və həyətyani torpaq sahəsinin verilməsi, Aydın Şahverdiyev ışıq xətlərinin, dirəklərinin dəyişdirilməsi, İsgəndər İbrahimov vaxtı ilə 30 hektar əkin sahəsinin suvarılmasında istifadə olunan subartezian quyusunun bərpası, Xaliq Tağıyev könüllü olaraq ön cəbhədə hərbiçilərə  kömək etdiyi üçün ona veteran adının verilməsi, Elxan Hüseynov yeni qazılmış subartezian quyusunun xəttə qoşulması, Elman Bağırov yeni subartezian quyusunun qazılması. Xəyal Abdullayev həyətinə gedən yolun zəbti, Rövşən Əliyev 1.5 ha əkin sahəsinin suvarılması üçün ona növbə verilməsi ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Sakinlər onlara, şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər